
Bakı Avrasiya Universiteti
Genuya Universiteti
Bakı Avrasiya Universiteti İtaliyanın Genuya Universiteti ilə ali təhsilin magistratura səviyyəsində Turizmin iqtisadiyyatı ixtisası üzrə ikili diplom proqramını həyata keçirir.
Qəbul şərtləri
- Tirizmin iqtisadiyyatı ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi olmaq
- İngilis dili biliyi – B2
Xaricdə təhsil müddət – 1 semestr
Tədris dili – İngilis
İkili diplom proqramı çərçivəsində təhsil alan magistrantlar 3 semestr BAAU-da, 1 semestr isə Genuya Universitetində təhsil alacaqlar. Təhsilini uğurla bitirən magistrantlara hər iki universitetin diplomları təqdim olunacaqdır .
Əsası XVI əsrdə qoyulmuş Genuya Universiteti bugün dünya universitetləri arasında reytinqinə görə ilk 500-lükdə, ölkə üzrə isə ilk 10-luqda yer alır.
Müraciət və ətraflı məlumat üçün Bakı Avrasiya Universitetinin (BAAU) Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərsiniz:
Mob./Votsap: (+994) 50 357 51 78
eMail: [email protected]




