Ərəbşünaslıq Mərkəzi

Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzi


Mərkəz Haqqında

Bakı Avrasiya Universitetinin həyata keçirdiyi beynəlxalq layihələrdən biri də "Ərəbşünaslıq Mərkəzi" layihəsidir. Bu layihənin həyata keçirilməsində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi olmuşdur. Bakı Avrasiya Universiteti ilə Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəz arasında "Ərəbşünaslıq Mərkəzi"nin təsis edilməsi haqqında 06.02.2019-cu ildə imzalanmış müqaviləyə uyğun olaraq layihənin birinci mərhələsi (2019-2022-ci illər) uğurla başa çatmış və Bakı Avrasiya Universitetinin 21 may 2021-ci il tarixli B2089-03/06 saylı məktubu və qeyd olunan müqavilənin səkkizinci bəndinə əsasən 2022-ci ilin sentyabr ayından layihənin növbəti ikinci mərhələsinin icrasına başlanılmışdır.

Səudiyyə Ərəbistanı Krallığındakı Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəz hal-hazırda Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyası adı altında fəaliyyət göstərir.


Mərkəzin əməkdaşları

Ülviyyə Hüseynova

Ərəbşünaslıq Mərkəzinin

elmi direktoru və müəllimi

Mütəllim Rəhimov

Ərəbşünaslıq Mərkəzinin

inzibati direktoru

Aişə Məmmədova

Ərəbşünaslıq Mərkəzinin

mütəxəssisi və müəllimi

Ceyhun Qasım

Ərəbşünaslıq Mərkəzinin

müəllimi


 

Mərkəzin fəaliyyət istiqamətləri

· Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında elm və mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi;

· Azərbaycanda ərəb dilinin tədrisinin inkişafı;

· Ərəb dilindən Azərbaycan dilinə və əksinə tərcümənin əhatə dairəsinin genişləndirilməsi;

· Elmi tədqiqatların aparılması, müxtəlif müsabiqələr, treninqlər, təlimlər və mühazirələrin təşkili, ərəb dilində kitabların nəşri və bu sahədə yaradıcı fəaliyyətin dəstəklənməsi;

· Səudiyyə Ərəbistanı Krallığındakı universitetlər ilə Bakı Avrasiya Universiteti arasında əməkdaşlıq imkanlarının yaradılması;

· Ərəbşünaslıq Mərkəzinin tələbələrinin Səudiyyə Ərəbistanı Krallığında təqaüd proqramları çərçivəsində təhsil alması (1 illik dil kursu, bakalavr, magistr və doktorantura).


Bakı Avrasiya Universitetində Beynəlxalq Konfrans keçirilib

2019-cu il 11-12 iyul tarixlərində Bakı Avrasiya Universitetində “Ərəbşünaslıq Mərkəzi”nin rəsmi açılışı münasibətilə “Azərbaycanda və Orta Asiyada Ərəb Dili” adlı beynəlxalq konfrans keçirilmişdir. Tədbirə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan olan tanınmış ərəb dili mütəxəssisləri qatılmışdır. Konfransda ərəb dili tədrisinin mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri və elmi araşdırmaların istiqamətləri müzakirə edilmişdir.

Konfransda Azərbaycanın aparıcı ərəbşünas alimlərindən Dr. Ülviyyə Hüseynova və Dr. Heybət Heybətov iştirak etmiş, ərəb dili tədrisinin ölkədəki inkişafı ilə bağlı məruzələrlə çıxış etmişlər. Qazaxıstandan Dr. Dina Yessencan, Dr. İxtiyar Paltore və Dr. Fatimə Məmmədova, Qırğızıstandan Dr. Əbdültahir Kalbayev, Özbəkistandan Dr. Şah Rüstəm Şamusarov, Türkmənistandan Dr. Nurməhəmməd Qiliçdurdiyev və Tacikistandan Dr. Əsgər Salamov tədbirdə iştirak edərək regionda ərəb dilinin öyrənilməsi və tətbiqi sahəsində əldə olunan nəticələri təqdim etmişlər.

Konfransın xüsusi qonaqları arasında Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti də yer almışdır. Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Dr. Abdullah bin Saleh əl-Vəşmi, eləcə də Dr. İbrahim Abanmi və Məhəmməd Mübarək ərəb dilinin qlobal inkişafı və onun region ölkələrində daha da geniş yayılması ilə bağlı məruzələr təqdim etmişlər.

İki gün davam edən beynəlxalq konfrans ərəb dili və mədəniyyətinin regiondakı rolu, elmi-tədqiqat əməkdaşlıqları və gələcək perspektivlər baxımından əhəmiyyətli müzakirələrə imkan yaratmışdır. Konfrans iştirakçıları ərəb dili tədrisinin keyfiyyətinin artırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və yeni elmi tədqiqat layihələrinin reallaşdırılması istiqamətində təkliflər irəli sürmüşlər.


Mərkəz tərəfindən həyata keçirilən layihələr:

Layihənin adı:

Dövlət qurumlarının əməkdaşları üçün ödənişsiz Ərəb dili tədris proqramı

Layihənin məqsədi:
Azərbaycanda rəsmi dövlət qurumlarında çalışan əməkdaşların ərəb dili biliklərinin inkişaf etdirilməsi, onların peşəkar fəaliyyətlərində ərəb ölkələri ilə əməkdaşlıqda daha səmərəli rol oynaya bilmələrinin təmin edilməsi və bu əməkdaşlığın gücləndirilməsi. Layihə ərəb dilini öyrənməyi əlçatan və ödənişsiz etmək məqsədi daşıyır.

Təşkilatçı:
Proqram Bakı Avrasiya Universitetindəki Səudiyyə Ərəbistanı Mərkəzi tərəfindən təşkil edilir.

Hədəf auditoriyası:

· Nazirliklərin əməkdaşları (Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya Nazirliyi, Ədliyyə Nazirliyi və s.)

· Dövlət komitələri və agentliklərin nümayəndələri

· Beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işçiləri

· Dövlət qurumlarının təhsil və mədəniyyət sahəsində çalışan əməkdaşları

Tədris proqramının strukturu:

· Başlanğıc səviyyə: Ərəb əlifbası, əsas qrammatika və gündəlik ünsiyyət ifadələri

· Orta səviyyə: İşgüzar yazışmalar, danışıqlar və rəsmi görüşlər üçün ərəb dili

· Yüksək səviyyə: Diplomatik və beynəlxalq münasibətlər üçün ixtisaslaşmış ərəb dili

Dərslərin formatı:

· Təlim prosesində interaktiv metodlar və müasir texnologiyalardan istifadə olunacaq.

· Ehtiyac olduqda onlayn tədris modulları təqdim ediləcək.

Tədris müddəti və qrafiki:

· Hər səviyyə üçün kurs müddəti: Minimum 3 ay

· Dərslərin keçirilmə tezliyi: Həftədə 2 dəfə (işdən sonrakı saatlarda və ya uyğun zamanlarda)

Nəticələr və sertifikatlaşdırma:
Kursu uğurla başa vuran iştirakçılar Bakı Avrasiya Universitetinin və Səudiyyə Ərəbistan Mərkəzinin birgə təsdiqlədiyi sertifikatla təltif ediləcəklər.


Layihənin adı:

Azərbaycanda təhsil alan əcnəbi tələbələr üçün ərəb dili kursu

Layihənin məqsədi:
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin ərəb dilində bilik və bacarıqlarını artırmaq. Bu kurs vasitəsilə tələbələr ərəb dilini praktiki olaraq öyrənərək akademik, peşəkar və mədəni fəaliyyətlərdə effektiv istifadə edə biləcəklər.

Təşkilatçı:
Proqram Bakı Avrasiya Universitetindəki Səudiyyə Ərəbistanı Mərkəzi tərəfindən təşkil edilir.

Hədəf auditoriyası:
Azərbaycanda təhsil alan, ərəb dilinə maraq göstərən və bu dili öyrənərək akademik və ya peşəkar inkişafına töhfə vermək istəyən əcnəbi tələbələr.

Tədris proqramının strukturu:

1.               Başlanğıc səviyyəsi: Ərəb əlifbası, əsas qrammatika və gündəlik ifadələr

2.               Orta səviyyə: Mətni oxuma və anlama bacarıqları, dialoqlar və yazı qabiliyyətlərinin inkişafı

3.               İrəliləmiş səviyyə: Akademik və peşəkar mətnlərin təhlili, sərbəst danışıq və yazı bacarıqlarının formalaşdırılması

4.               Mədəniyyət modulu: Ərəb ölkələrinin mədəniyyətini, adət-ənənələrini və tarixi bilikləri öyrənmək

Dərslərin formatı:

· Əyani tədris (dərs otağında interaktiv müzakirələr və praktiki tapşırıqlar)

· Onlayn tədris (platformalar vasitəsilə dərslərin distant keçirilməsi)

· Audio-vizual materiallardan və multimedia vasitələrindən istifadə

Tədris müddəti və qrafiki:

· Kursun ümumi müddəti: 6 ay

· Dərs saatları: Həftədə 2 gün, hər dərs 2 saat olmaqla

· Sessiyalar: Səhər və axşam qrupları tələbələrin vaxt imkanlarına uyğun təşkil edilir

Nəticələr və sertifikatlaşdırma:

· Kursu uğurla tamamlayan iştirakçılar üçün beynəlxalq standartlara uyğun sertifikat təqdim ediləcəkdir.

· Sertifikat iştirakçıların ərəb dili biliklərinin səviyyəsini təsdiq edəcək.


Təqaüd proqramı

Ərəbşünaslıq Mərkəzi yarandığı gündən etibarən hər il Azərbaycanın müxtəlif universitetlərində Ərəbşünaslıq ixtisasında təhsil alan tələbələr üçün təqaüd proqramı elan edir. Bu proqram çərçivəsində Bakı Avrasiya Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetinin tələbələrinin illik təhsil haqqı Mərkəz tərəfindən ödənilir. Təqaüd proqramının məqsədi tələbələrin ərəb dilini öyrənməyə təşviq edilməsi, akademik göstəriciləri yüksək olan tələbələrin mükafatlandırılması və ərəbşünaslıq sahəsində gələcək peşəkarların yetişdirilməsinə dəstək olmaqdır.

 

Təqaüd alan tələbələrin siyahısı (2024-2025-ci tədris ili):

Bakı Avrasiya Universiteti – 8 tələbə:

Reyhanə Abbasova

“Regionşünaslıq” ixtisası

Süleyman Bayramlı

“Regionşünaslıq” ixtisası

Elmira Əhmədli

“Filologiya” ixtisası

Vüsalə Məmmədova

“Fililogiya” ixtisası

Günel Sarıyeva

“Filologiya” ixtisası

Yusuf Mikayılov

“Filologiya” ixtisası

Nəzrin Əliyeva

“Filologiya” ixtisası

Amaliyeva Quliyeva

“Regionşünaslıq” ixtisası

 

 

Bakı Avrasiya Universiteti – 2 tələbə:

Yaşar Hüseynzadə

“Şərqşünaslıq” ixtisası

Əsma Gülmühəmmədova

“Şərqşünaslıq” ixtisası

 

Azərbaycan Dillər Universiteti5 tələbə:

Atabəy Məmmədli

“Regionşünaslıq” ixtisası

İlaf Al-Rahm

“Regionşünaslıq” ixtisası

Sevil Xəlilli

“Regionşünaslıq” ixtisası

Hafiz Əliyev

“Regionşünaslıq” ixtisası

Hüseyn İbrahim

“Regionşünaslıq” ixtisası

 


Yeni Layihələr

Mərkəz gələcək illər üçün yeni layihələr planlaşdırır. Bunlara aşağıdakılar daxildir:

· Ərəb dili və mədəniyyəti üzrə beynəlxalq tədqiqat layihələri.

· Azərbaycan və ərəb ölkələri arasında tələbə mübadiləsi proqramlarının genişləndirilməsi.

· Ərəb dilində yeni dərsliklərin və tədris materiallarının hazırlanması.


Əlaqə Vasitələri

· E-poçt: [email protected]

· Telefon: +994 50 751 82 81

· Ünvan: 520-ci otaq, Bakı Avrasiya Universiteti