HAQQIMIZDA

 

Bakı Avrasiya Universitetinin həyata keçirdiyi beynəlxalq layihələrdən biri də "Ərəbşünaslıq Mərkəzi" layihəsidir. Bu layihənin həyata keçirilməsində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi olmuşdur. Bakı Avrasiya Universiteti ilə Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəz arasında "Ərəbşünaslıq Mərkəzi"nin təsis edilməsi haqqında 06.02.2019-cu ildə imzalanmış müqaviləyə uyğun olaraq layihənin birinci mərhələsi (2019-2022-ci illər) uğurla başa çatmış və Bakı Avrasiya Universitetinin 21 may 2021-ci il tarixli B2089-03/06 saylı məktubu və qeyd olunan müqavilənin səkkizinci bəndinə əsasən 2022-ci ilin sentyabr ayından layihənin növbəti ikinci mərhələsinin icrasına başlanılmışdır.

Səudiyyə Ərəbistanı Krallığındakı Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəz hal-hazırda Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyası adı altında fəaliyyət göstərir.

 

MƏRKƏZİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

1. Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında elm və mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi;

2. Azərbaycanda ərəb dilinin tədrisinin inkişafı;

3. Ərəb dilindən Azərbaycan dilinə və əksinə tərcümənin əhatə dairəsinin genişləndirilməsi;

4. Elmi tədqiqatların aparılması, müxtəlif müsabiqələr, treninqlər, təlimlər və mühazirələrin təşkili, ərəb dilində kitabların nəşri və bu sahədə yaradıcı fəaliyyətin dəstəklənməsi;

5. Səudiyyə Ərəbistanı Krallığındakı universitetlər ilə Bakı Avrasiya Universiteti arasında əməkdaşlıq imkanlarının yaradılması;

6. Ərəbşünaslıq Mərkəzinin tələbələrinin Səudiyyə Ərəbistanı Krallığında  təqaüd proqramları çərçivəsində təhsil alması (1 illik dil kursu, bakalavr, magistr və doktorantura);